Meksikanın paytaxtı Mexikonun yaxınlığında helikopter qəzası baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Bell 206" helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.  

Bildirilir ki, helikopter avtomobil təmiri emalatxanasının binasına düşüb. Gəminin göyərtəsində bir pilot və iki sərnişin olub. Mexiko Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.