Amerika hakimiyyəti Konqresin Nümayəndələr Palatasının İsrail və Ukraynaya yardım haqqında qanun layihəsini iki hissəyə bölməsinə qarşı çıxıb.

"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi mətbuat konfransında bildirib.

“Bizim iki yaxşı dostumuz var, İsrail və Ukrayna, onlar öz suverenlikləri üçün mübarizə aparırlar, lakin onlar müxtəlif yollarla mübarizə aparırlar", - deyə o bildirib. 

Kirbi qeyd edib ki, hazırda vaxt bu dövlətlərin xeyrinə deyil, ona görə də sürətli qərarlar tələb olunur.

O, Senat tərəfindən təsdiqlənən ikipartiyalı qanun layihəsini qəbul etməyi zəruri hesab edib.