Nyu-York şəhərdə baş verən atışmada iki polis məmuru həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb. 

Məlumata görə, onlar Sirakuzaya (Nyu-York) avtomobil oğurluğunda şübhəli bilinən şəxsin ünvanına göndəriliblər. Polislər evə daxil olanda onlara atəş açılıb. Atışma nəticəsində şübhəli şəxs öldürülüb.

Xəstəxanaya çatdırılan polislər isə aldıqları xəsarətlərdən ölüblər.