Avropa Komissiyası Ukraynanın 69 islahat və 10 investisiya proqramından ibarət planına müsbət rəy verib.

"Unikal" xəbər verir ki, bu barədə Avropa komissiyasının rəsmi saytında məlumat verilib.

Qeyd olunub ki, Ukraynaya bu davamlı dəstəyin vacib ünsürlərindən biridir. Avrokomissiyanın məlumatına görə, irəli sürülən şərtlər yerinə yetirilərsə, Ukrayna hökuməti 2024-2027-ci illərdə 50 milyard dollarıq dəstək paketi ilə əhatə olunacaq.

 Sənədi digər ölkələrin təsdiqləməsinə bir aya yaxın vaxt tələb olunur. Bundan sonra Avropa Komissiyası 1,89 milyard dollarlıq ilk yardımı Ukrayna hökumətinin hesabına köçürəcək. Nəzərdə tutulan 50 milyard avronun 33 milyardı kredit, 17 milyard avrosu isə qrant şəklində ödəniləcək.

Qeyd edək ki, Zelenski hökuməti yuxarıda göstərilən məbləğin 4,5 milyardını əldə edib.