Növbəti iki ay ərzində Finlandiyada bir sıra təlimlər keçiriləcək. NATO qüvvələri onlara cəlb olunacaq. Bu təlimlərin bəziləri Rusiya sərhədi yaxınlığında baş tutacaq.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin quru qoşunlarının bəyanatında deyilir.

“Aprelin sonu və iyunun əvvəli arasında Finlandiya ərazisində quru qoşunlarının təlimləri keçiriləcək... NATO ölkələrinin xeyli sayda hərbi qulluqçusu Finlandiyanı müdafiə etmək üçün təlimlərdə iştirak edəcək ”, - deyə hərbçilər bildirib.  

Ümumilikdə silsilə təlimlərdə 20 min hərbçi iştirak edəcək.