Avropa İttifaqının xarici İşlər və müdafiə nazirləri aprel 22-də planlaşdırılmış iclas keçirəcəklər.

"Unikal"  bu barədə Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

Onun sözlərinə görə, iclasda onlar İranın İsrailə hücumu ilə bağlı vəziyyəti müzakirə edəcəklər.

"Gələn bazar ertəsi Xarici İşlər və Müdafiə nazirlikləri rəhbərlərinin planlaşdırılmış görüşü olacaq. Körfəzdəki həmkarlarımızla bu məsələni müzakirə edəcəyik", - deyə o bildirib.