Parisin 16-cı rayonundakı İena prospektində yerləşən İran konsulluğuna bu gün yerli vaxt ilə saat 11 radələrində əlində qumbara və ya partlayıcı jilet olan şəxs saxlanılıb. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Hazırda o, Xüsusi İstintaq və Çevik Müdaxilə Briqadasının əməkdaşları tərəfindən dindirilir.

*** 16:44

Fransada bir nəfər İranın Parisdəki konsulluğuna girərək partlayış törətməklə hədələyib.

"Unikal" xəbər verir ki, bu barərə “Europe 1” radiostansiyası məlumat yayıb.

"Hazırda Parisin 16-cı rayonunda İran konsulluğunun binasında bir nəfər var. O, partlayıcı kəmər taxıb və onu partlatmaqla hədələyir", - polis bildirib. 

Təhlükəsizlik səbəbi ilə metro xətlərindən birinin işi dayandırılıb, ərazi mühasirəyə alınıb.

Ehtimallara görə, həmin şəxs konsulluğun otaqlarından birində gizlənib.

Ağarza Elçinoğlu