Türkiyənin İstanbul şəhərində sürüşmə baş verib.

“Unikal”ın məlumatına görə, hadisə şəhərin Qaziosmanpaşa bölgəsində qeydə alınıb. Baş verən sürüşmə nəticəsində 14 ev zərər çəkib, 70 nəfər isə ehtiyat tədbiri olaraq təxliyə edilib. Evlərdən üçü tamamilə yararsız hala düşüb.

Hadisə zamanı ölən və yaralanan olmayıb.