Moskvanın cənub-şərqində parkinq mübahisəsi zəminində qətl törətməkdə şübhəli bilinən Şahin Abbasov və onun iki qardaşı Moskvaya aparılıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

"Şübhəlilər əməliyyatçıların müşayiəti ilə Moskvaya aparılıb", - deyə mənbə qeyd edib.

Yaxın vaxtlarda onlar dindirilmək üçün Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinə aparılacaq və onlara qarşı ittiham irəli sürüləcək.

Nuranə Abbasova