Şəkidə idarəetmədən çıxan maşın aşıb. 

"Unikal"ın məlumatına görə, hadisə Sarıca kəndi ərazisində baş verib. İdarəetmədən çıxan "Mercedes" markalı minik maşının aşması nəticəsində 1965-ci il təvəllüdlü sürücü Əliyev İbrahim Şahlar oğlu və bir sərnişin müxtəlif dərəcəli bədən xəsatətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov