Oğuzda avtomobil dirəyə dəyib, xəsarət alanlar var.

"Unikal" xəbər verir ki, hadisə rayonun Xaçmaz kəndində baş verib.

Belə ki, həmin kənd sakini 1994-cü il təvəllüdlü Araz İlyas oğlu Rəsulovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil yoldan çıxaraq dirəyə dəyib.

Nəticədə sürücü və onun sərnişini, 1995-ci il təvəllüdlü Ərazi Zaman oğlu Abdulhəlimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli