Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Xaçmazdan keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə, "KİA" markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşaraq ağaca çırpılıb.

Hadisə zamanı minik avtomobilində olan 7 nəfərdən 6 nəfəri, - Rusiya vətəndaşları - 1961-ci il təvəllüdlü Makiyev Aleksey Fedroviç, 1977-cil təvəllüdlu Makiyeva Elena Nikolayevna, 2007-ci il təvəllüdlü  Mark Denis Nikolayviç, 2001-ci il təvəlludlü Milena Denis Nikolayev və Göyçay sakinləri, 1972-ci il təvəllüdlü Humay  Xəlilova və 1993-cü il təvəllüdlü Gülnar Məmmədova yaralanıblar.

Yaralılar təcili tibbi yardım briqadalarının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Xanlar Qaraca