Ermənistan polisi ilə Gürcüstanla sərhəddə yerləşən Baqrataşen kəndindəki keçid məntəqəsinə gedən yolu bağlayan etirazçılar arasında qarşıdurma baş verib. 

"Unikal" Ermənistan mətbuatına istinadən xəbər verir ki, qarşıdurma zamanı polisin xüsusi təyinatlı dəstələri olan “Qırmızı Berelilər” ehtiyatda olan polkovnik, Əskipara sakini olan Mihran Mahsudyanı döyüblər. 

"Mahsudyan hazırda Noyemberyan Tibb Mərkəzindədir və ona tibbi yardım göstərilir", - deyə KİV-lərin birində qeyd olunub. 

Gülayə Mecid