Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

"Unikal" xəbər verir ki, iclasda 100-dən artıq müraciətə baxılıb.

Bununla da Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 300-ü keçib.

***11:00

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

"Unikal" xəbər verir ki, toplantıda Komissiyaya daxil olan müraciətlərə baxılacaq.

Qeyd edək ki, Komissiyanın bu il keçirilən iki iclasında baxılan müraciətlərin sayı 200-ü ötüb.