Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 24 aprel 1915-ci il hadisələrinin ildönümü ilə əlaqədar Türkiyə Erməni Patriarxı Sahaq Maşalyana başsağlığı mesajı göndərib. 

"Unikal" xəbər verir ki, Türkiyə lideri Birinci Dünya Müharibəsi zamanı ölmüş Osmanlı İmperiyasının erməni vətəndaşlarına görə başsağlığı verib. 

"Birinci Dünya Müharibəsinin Osmanlı torpaqlarında törətdiyi dağıntılar yaddaşlarımızda dərin izlər buraxıb. Əcdadlarımızdan miras qalan sülh və əmin-amanlıq mühitinin davam etdirilməsi yalnız bizim birgə səylərimizlə mümkündür", - Ərdoğan qeyd edib. 

Qeyd edək ki, Ermənistan qondarma soyqırımını Osmanlı İmperiyasının törətdiyini iddia edir. Türkiyə lideri də sözügedən hadisələri dəfələrlə qondarma adlandırıb. 

Ağarza Elçinoğlu