Xəbər verdiyimiz kimi, ötən gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. Onun valideynləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "Azərsu" ASC-nin Qarabağ Regional Su-Kanal İdarəsində işləyirlər.

"Unikal" xəbər verir ki, Su Ehtiyatları Agentliyinin rəhbər şəxsləri və Xankəndidə çalışan kollektivi dünyaya gələn körpəyə baş çəkib.