"Taliban" üzvləri Fərəh vilayətində 6 iranlı sərhədçini dövlət sərhədini qanunsuz keçməkdə şübhəli bilinərək saxlayıblar.

"Unikal" xəbər verir ki, bu barədə Əfqanıstanın “Hasht-e Subh” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, altı iranlı sərhədçi “Fərəh əyalətinin Əbu Nəsir quru limanı ərazisində Əfqanıstan ərazisinə qanunsuz daxil olduqdan” sonra "Taliban" tərəfindən saxlanılıb.

Taliban düşərgəsinə köçürülüb.