Əməkdar artist Nahidə Orucova xalq artisti Nisə Qasımova ilə çəkdirdiyi yeni fotosunu İnstaqram səhifəsində paylaşıb. 

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, aktrisanın şəkli müzakirələrə səbəb olub. Son günlər xeyli çəki atan Orucovanı izləyicilər tənqid ediblər. 

Sosial şəbəkə istifadəçiləri günəş vannası qəbul edən və çəki atan Nahidəyə "Niyə özünüzü bu günə qoymusunuz? Sizə heç yaraşmır" kimi şərhlər yazıblar. 

Ağ libas geyinən Nahidənin alt paltarının görünməsi də diqqətdən qaçmayıb.