Əməkdar artist, tanınmış aktrisa Nahidə Orucovanın instaqram hesabında paylaşdığı fotosu müzakirələrə səbəb olub.

Belə ki, aktrisanın xalq artisti Nisə Qasımova ilə paylaşdığı fotosu tənqid olunub. Bir çox izləyiciləri aktrisanı görünüşünə görə tənqid edib. Əksəriyyət isə onun geyimini düzgün seçməməsində günahlandırıb.

Unikal.org-a açıqlama verən aktrisa əsəblərini cilovlaya bilməyib:

"Kök olanda deyirdilər ki, nəyə oxşayırsınız? İndi çəki atmışam, əziyyət çəkib arıqlamışam yenə də yazırlar ki, nəyə oxşayırsız? Başa düşə bilmirəm, bunu qəbul etmək o qədər çətindir ki? Təbii ki, bu bütün izləyicilərimə aid deyil. Məni kök olanda necə qəbul edirdinizsə, indi də elə qəbul edin. O ki qaldı geyimimə sataşanlara. Tamaşaçılardan dönə-dönə üzr istəyirəm. Birincisi o fotoda görünən alt paltarı yox, şortikdir. Geyimim şəffaf olduğu üçün altdan geyindiyim şortik görünüb. İkincisi də geyimin altından alt paltarı geyinərlər də. Hələ alt paltarı geyinmişəm tənqid ediblər, gör geyinməsəydim nələr yazardılar?! Ayıbdır ee. O qədər insanlar soyunur, cəsarətiniz çatır gedin onları tənqid edin də. Bilmirəm bu tənqidlərdən nə vaxt əl çəkəcəklər", - deyə aktrisa bildirib.