"Space telekanalında yayımlanan "Gəl dərdini danış verilişində hər kəsi təəccübləndirən hadisə yaşanıb.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, proqrama şikayət üçün gələn Afiq adlı şəxs arvadından şikayət edib. O bildirib ki, həyat yoldaşı onu aldadır. Afiq hətta uşağın ondan olmadığını bildirib. Buna görə də uşağa aliment ödəməkdən imtina edib.

Aparıcı Amil Xəlil isə həmin şəxsin DNT analizinə razı olmadığını söyləyib.

Afiqin keçmiş xanımı və qayınanası proqrama qatılıb. Afiq danışarkən əsəbiləşən qayınana ona hücum edib və əlindəki mikrofonu kişinin başına çırpıb. Daha sonra isə onu döyməyə başlayıb.

Daha sonra isə qadının ürəyi gedib və yıxılıb.