Aktyor Buğra Gülsoy sevgilisi Nilufer Gürbüzlə nikah masasına oturacaq.

Unikal.org  xarici KİV-ə istinadən məlumat verir ki, ikilinin ailə qurmağa anidən qərar verməsinə səbəb Niluferin 2 aylıq hamilə olmasıdır. Cütlüyün toyu bu ayın 23-də baş tutacaq. Özəl gündə aktyorla sevgilisinin yanında ailələri və yaxın dostları olacaq.

Qeyd edək ki, Buğra və Nilufer 5 ildir sevgilidir.