Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start verilib.

Unikal.org xəbər verir ki, ÇL-in 8 qrupunda qərarlaşan 32 komanda növbəti mərhələyə vəsiqə qazanmaq üçün mübarizə aparacaq.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İstanbulda "Lokomotivi (Moskva) qəbul edib. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.

Çempionlar Liqasının son finalçısı "Liverpul" PSJ ilə üz-üzə gəlib. Beş qolun vurulduğu oyunda İngiltərə təmsilçisi çətinliklə də olsa, qələbə qazanmağı bacarıb.

"İnter - "Tottenhem görüşü də günün maraqla gözlənilən oyunlarından biri idi. Milan təmsilçisi son dəqiqələrdə vurulan qollar sayəsində əzmkar qələbə qazanıb.

"Barselona" isə doğma meydanda PSV-yə 4 cavabsız qolla qalib gəlib.

Bu gün ÇL-in qrup mərhələsində ilk tura yekun vurulacaq.

Son üç mövsümdə Çempionlar Liqasının qalibi olan "Real doğma meydanda "Romanı qəbul edəcək.

İspaniyanın ÇL-dəki daha bir təmsilçisi "Valensiya isə Kriştiano Ronaldolu "Yuventusla üz-üzə gələcək.

Çempionlar Liqası, 1-ci tur

18 sentyabr

A qrupu

Monako (Fransa) - Atletiko (Madrid, İspaniya) 1:2

Qol: Qrandsir, 18 - D.Kosta, 32. Ximenes, 45.

Brügge (Belçika) - Borussiya (Dortmund, Almaniya) 0:1

Qol: Pulisiç. 85.

B qrupu

İnter (İtaliya) - Tottenhem (İngiltərə) 2:1

Qol: İkardi, 86. Vesino, 90 - Eriksen, 53.

Barselona (İspaniya) - PSV (Eyndhoven, Hollandiya) 4:0

Qol: Messi, 32; 77; 87. Dembele, 75.

C qrupu

Srvena Zvezda (Serbiya) - Napoli (İtaliya) 0:0

Liverpul (İngiltərə) - PSJ (Fransa) 3:2

Qol: Starric, 30. Milner, 36-pen. Firmino, 90 - Munye, 40. Mbappe, 83.

D qrupu

Şalke (Almaniya) - Portu (Portuqaliya) 1:1

Qol: Embolo, 64 - Otavio, 75-pen.

Qalatasaray (Türkiyə) - Lokomotiv (Moskva, Rusiya) 3:0

Qol: Q.Rodriqes, 9. E.Derdiyok, 67. S.İnan, 90-pen.

19 sentyabr

E qrupu

20:55. Ayaks (Hollandiya) - AEK (Kipr)
23:00. Benfika (Portuqaliya) - Bavariya (Almaniya)

F qrupu

20:55. Şaxtyor (Donetsk, Ukrayna) - Hoffenhaym (Almaniya)
23:00. Mançester Siti (İngiltərə) - Lion (Fransa)

G qrupu

23:00. Real (İspaniya) - Roma (İtaliya)
23:00. Viktoriya (Çexiya) - ÇSKA (Rusiya)

H qrupu

23:00. Valensiya (İspaniya) - Yuventus (İtaliya)
23:00. Yanq Boyz (İsveçrə) - Mançester Yunayted (İngiltərə)