21 Oktyabr 2018
20 Oktyabr 2018
"Atalığım öz uşaqlarından çox mənə can yandırır” - Rəqsanənin qızı (VİDEO)
MƏDƏNİYYƏT-ŞOU 13:43 / 19.09.2018
ARB TV-nin "Səhər- Səhər” verlişinin növbəti qonağı müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova olub.

Unikal.org-un məlumatına görə, Aysun doğma atası ilə bağlı bir neçə fakt açıqlayıb və onu qəbul etməməsindən danışıb:

"Doğma atamla salam-sağolumuz yoxdur. Ata başqa bir şeydir. Yanımdan keçsə, mən onu tanımaram. Çünki mən atamı 14 yaşımda axtarmışdım və tapmışdım. Amma o insan məni qəbul etmədi. Mənə deyib ki, mən səni istəmirəm. Mənim sən adda övladım yoxdur. Niyə, bilmirəm. Üstündən bir müddət keçdi. Aysun artıq modelyer olaraq tanınır, Aysun daha sonra müğənni olaraq tanınır və ondan sonra zəng edirlər başqa-başqa adamların adından nənəmə və ya anama ki, atası Aysunu görmək istəyir. Gözüm aydın. Aysunun indi pulu var deyə Aysunu görmək istəyir. Mənim 10 ilə yaxındır ki, bir atam var, o da anamın həyat yoldaşıdır. Mən atalığı o insanda bilmişəm. O öz uşaqlarından mənə daha çox can yandırır”.