Almaniyada insanlara bıçaqla hücum edilib.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, ölkənin Ravensburq şəhərində insanlara bıçaqla hücum edən naməlum şəxs üç nəfəri yaralayıb.

Məlumata görə, hadisə şəhər meydanında baş verib. Yaralıların vəziyyətinin ağır olduğu deyilir.

Şəhər polisi hücum edən şəxsin saxlanıldığını bildirib. Hücumun motivləri hələki aydın deyil.