Türkiyınin məşhur müğənnisi Mustafa Sandal həmkarı Simgenin "Öpücem" adlı yeni klipini "instagram" hesabında paylaşıb və "Qucağını aç, gəlirəm" qeydini yazıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər veir ki, bu da söz-söhbətlərə yol açıb. İkilinin eşq yaşadığı haqda xəbərlər yayılıb. Mustafa açıqlama verib və iddiaların yalan olduğunu deyib.

Ardınca Simgenin meneceri də xəbərin gerçək olmadığını bildirib:

"Xəbərlər doğru deyil. Bu yalan iddialara etibar etməyin. Yalandan hazırlanan bu xəbərlər sənətçimizin şəxsi həyatına hörmətsizlikdir.

O, həm də Mustafanın bunu reytinq qazanmaq üçün etdiyini də qeyd edib.