Onun cəsədi bir gün sonra tapılıb.

Rusiyanın Moskva vilayətində, Klyazma su anbarında faciə yaşanıb.
Ren TV  bildirir ki, iyulun 2-də toyu olan 32 yaşlı gəlin su anbarının sahilindəki ziyafətdən sonra qonaqlarla birlikdə suya atılıb, üzüb.

Lakin az sonra vurnuxmağa, boğulmağa başlayıb.

Bəy gəlini xilas etməyə çalışsa da, bir nəticə hasil olmayıb. Dolqoprudnıy şəhərinin sakini olan gəlinin cəsədi ertəsi gün tapılıb.