Fransanın Strasburq şəhərində, Avropa Şurasının və Avropa İnsan Hüquqları Məhkəməsinin binaları qarşısında şübhəli çanta tapılıb.

Unikal.org APA-ya istinadən bildirir ki, ərazi polis və hərbçilər tərəfindən mühasirəyə alınıb. Binalara heç kim buraxılmır.

Çantada bomba olduğu ehtimal edilib. Daha sonra xüsusi geyimli polislər tərəfindən şübhəli çanta zərərsizləşdirilib.

Verilən məlumata görə, zərərsizləşdirilən çanta Avropa Məhkəməsinə gələn şikayətçilərdən birinə məxsus olub. Fransada dünən baş verən terror hadisəsindən sonra polis bu kimi hallara daha həssaslıqla yanaşır.