Türkiyədə "Fətullahçı Terror Təşkilatı"nın (FETÖ) üzvü və tərəfdarı olduğu iddiası ilə dövlət məmurlarının kütləvi şəkildə işdən uzaqlaşdırılması prosesi davam edir.

Unikal.org APA-ya istinadən bildirir ki, Türkiyə Böyük Millət Məclisi aparatında 30 əməkdaş vəzifəsindən qovulub. Onların arasında TBMM baş katibinin müavinləri Məhəmməd Bozdağ, Kamal Kaya və Mustafa Tamirci də var.
Bundan başqa, çoxlu sayda şöbə rəhbəri və şöbə rəhbərlərinin müavinləri də işdən kənarlaşdırılıb.