Türkiyədə hərbi çevriliş cəhdinin istintaqı çərçivəsində 13 mindən çox şəxs saxlanılıb.

Unikal.org-un məlumatına görə, bunu "A Haber telekanalına müsahibəsində ölkənin baş naziri Binəli Yıldırım söyləyib.

Bundan əvvəl dövlət rəsmilər çevriliş cəhdinin istintaqı çərçivəsində 10,6 min nəfərin saxlanıldığını qeyd etmişdilər.

"Bu günə olan məlumata görə, 13002 nəfər saxlanılıb. İstanbulda 3879, Ankarada 2734, İzmirdə 197, digər əyalətlərdə 6192 nəfər saxlanılıb. Saxlanılanlardan 1329-u polis əməkdaşı, 163-ü general və admiral olmaqla 8831 hərbçi, 2329-u zabit, 2100-ü hakim və prokuror, 52-si administrasiya rəhbəridir. 5837 nəfər həbs edilib. Saxlanılmalar davam etdirilir, - deyə baş nazir bildirib.