Hərbi çevriliş cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində Türkiyə Səhiyyə nazirliyinin 5 min əməkdaşı vəzifəsindən uzaqlaşdırılıb.

Unikal.org-un "Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Səhiyyə naziri Rəcəb Akdaq bəyan edib.

"Hazırda mənim şəxsi iştirakım ilə nazirlikdə xüsusi komissiya işini davam etdirir. İndiyədək nazirliyin 5 min əməkdaşı vəzifəsindən kənarlaşdırılıb, deyə R.Akdaq bildirib.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə uğursuz cəhd baş verib.