300 manatdan 10 min manatadək paltarların qiyməti var. Gəlin paltarlarının 1 günlük kirayə qiymətləri də aşağı deyil.

Qiymətlərə təsir edən əsas amil gəlinliyin materialı və üstündəki aksesuarlardır.

Hazırda dəbdə olan gəlinlik modellərinə gəldikdə daha çox arxası uzun, eyni zamanda çıxarıla bilən şlefli modellərə daha çox üstünlük verilir. Bu modellər həm görünüşü, həm rahatlığı ilə diqqət çəkir.

Gəlinliyin hansı ölkədən gətirilməsi də qiymətə təsir edir. Maraqlıdır, satış yerlərində yerli dizaynlar görmək demək olar ki, mümkün deyil.

Unikal.org "Xəzər Xəbərin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir: