Xəbər verdiyimiz hazırda lənkəranda Rövşən Canıyevin dəfn mərasimi keçirilir. 

Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, dəfndə tanınmış kriminal avtoritetlərdən heç kim iştirak etmir: "Dəfn mərasimində 5 min nəfərdən çox insan var. Çəkiliş aparmağıma imkan vermədilər. Fotoaparatdan çəkdiyim şəkillər silindi. Tanınmış kriminal avtoritetlərdən hansınınsa dəfndə iştirakını müşahidə etməmişəm".