Məşhur serbiyalı stilist-modelyer İvana Sert və sevgilisi Cana Çelebi ilə birlikdə Bodrumda görünüb.

Unikal.org axsam.az-a istinadən xəbər verir ki, cütlük restoranda yemək yedikdən sonra yürüyüşə çıxıblar.

38 yaşlı modelyer jurnalistlərin evlilik haqqında sualına "Biz belə daha xoşbəxtik" deyərək hələlik evlilik haqqında düşünmədiyini ifadə edib.

Qeyd edək ki, 8 aydır Can Çelebi ilə birlikdə olan İvananın keçmiş həyat yoldaşı Yurdal Sertdən 10 yaşında Ateş adında oğlu var.