Türkiyənin Antaliya şəhərindəki beş ulduzlu otellərin birində İran əsilli 31 yaşlı Vahid Nouri həbs olunub. 
Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, V.Nourinin eyni oteldə ailəsiylə tətil edən ukraynalı 13 yaşlı qıza qarşı cinsəl xarakterli hərəkət etdiyi iddia olunur. 
İddiaya görə, otelin koridorunda 13 yaşlı qızın tək olduğunu görən İran əsilli Vahid Nouri qıza fıstıq yedirdərək təcavüz etməyə çalışıb.  Nourinin əlindən xilas olan qız vəziyyəti ailəsinə danışıb. Bundan sonra ailə qızlarını da götürərək polisə gedib və şikayətlərini bildiriblər.
Dərhal sonra polis tərəfindən oteldə nəzarətə alınan Vahid Nouri bölməyə gətirilib. Buradakı əməliyyatlarının ardından ədliyyəyə sövq edilən iranlı turist məhkəmədə cinsi istismar ittihamı ilə həbs olunub.