Yeni mövsümdə hansı telekanalda yayımlanacağı hələ bəlli olmayan "Kurtlar Vadisi Pusu"ya gözlənilməz transfer edilib.

Unikal.org Gecce.az-a istinadən xəbər verir ki, aktyor Berk Hakman serialın heyətinə daxil olub. O, Polat Alemdarın (Necati Şaşmaz) ən böyük düşmənini canlandıracaq.

Qeyd edək ki, B.Hakman əvvəllər "Suskunlar", "Kaçak" kimi seriallarda çəkilib. Hazırda isə o, "Hayatımın aşkı" serialında iştirak edir.