Məşhur müğənni Kris Braun ABŞ-ın Los-Anceles şəhərində bir qadını silahla təhdid etdiyi üçün polis tərəfindən saxlanılıb.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, 27 yaşlı müğənni haqqında "öldürücü silahla hücum maddəsi üzrə cinayət işi açılıb.

Qeyd edək ki, Kris Braun 2009-cu ildə keçmiş sevgilisi Rihannanı döydüyü üçün gündəmə gəlmişdi. Buna etiraz olaraq həmin ərəfədə bir çox ölkə ifaçıya viza verməkdən imtina etmiş və Braunun bir çox konserti təxirə salınmışdı.