Bir neçə gün əvvəl "O səs Türkiyə"dən ayrıldığını elan edən müğənni Ebru Gündeşi münsiflər heyətində əvəz edəcək sənətçinin adı bəlli olub.

Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, Ebrunun gedişi sosial mediada geniş müzakirələrə səbəb olmuşdu. Onun yerinə gələcək ifaçının kimliyi haqqında müxtəlif iddialar səsləndirilirdi.
Картинки по запросу

Bu gün isə yeni mövsümdə "O səs Türkiyə"yə qatılan müğənninin Sibel Can 
olduğu açıqlanıb,O Hadisə, Murad Boz, Gökhan-Hakan Özoğuzla birgə yarışmaya münsiflik edəcək.