Türk müğənni Aydın Aydın Qurban bayramında kəsəcəyi keçi və qoçu Bodrumda dənizdə gəzintiyə çıxarıb.

Unikal.org Axsam.az-a istinadən xəbər verir ki, qurbanlıqları yaxtada gəzdirən 50 yaşlı ifaçı onlara şapka taxıb, paltar geyindirib.

Aydın, heyvanların son günlərini yaxşı keçirmələri üçün bunu etdiyini deyib:

"Sahildə günəş vannası qəbul etdik, yaxta ilə gəzdik, sonra da dənizə girib sərinlədik. İstədim ki, son günlərini gəzərək keçirsinlər.

Qeyd edək ki, müğənni keçiyə Beqonvil, qoça isə Zaqqum adını qoyub.

Müğəni qurbanlıq qoyunları dənizdə gəzdirdi - fotolar