"RoomGuru.ru" turizm xidməti payız səyahətləri üçün məşhur istiqamətləri açıqlayıb.

Unikal.org Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, reytinq cədvəli sentyabrın 1-dən oktyabrın 31-dək əvvəlcədən mehmanxana və mənzil kirayələmə axtarışına dair məlumatlara əsasən tərtib edilib.
Rusiyalı turistlər arasında payız səyahətləri üçün ən populyar şəhərlər sırasına Praqa, İstanbul, Minsk, Bakı, Roma, Barselona, Berlin, Varşava, Tallinn və Paris daxildir. Azərbaycanın paytaxtına üçgünlük payız səfərləri üstünlük təşkil edir. Payız səfərləri üçün büdcəyə uyğunluq baxımından ən sərfəli xarici şəhərlər Minsk və Varşavadır.
Mövsümdə 10 ən populyar xarici kurort gəzintisi ölkəsi siyahısına isə Yunanıstan, Kipr, Türkiyə, İspaniya, İtaliya, Çexiya, Tailand, Bolqarıstan, Monteneqro və Xorvatiya daxildir. Büdcəyə uyğunluq baxımından ən sərfəli ölkə Bolqarıstan, ən bahalı ölkə İtaliyadır.