MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri sentyabrın 16-da başa çatıb.

Unikal.org xəbər verir ki, "Manas Beynəlxalq Aeroportunda İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Qırğız Respublikasının yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıb.