İnstaqram-ın şərh bağlama funksiyası Azərbaycanda da tətbiq edilməyə başlayıb.

Unikal.org  xəbər verir ki, ən çox dünya şou-biznes nümayəndələrinin müraciət etdiyi bu sistemdən əməkdar artist Röya Ayxan da yararlanıb.

Müğənni 15 sentyabr tarixindən etibarən həmin funskiyanı tətbiq edib. Röya təhqir, təndiq, söyüş və reklam xarakterli rəylərdən azad olub.

Türkiyədə isə ilk dəfə Murad Boz rəsmi İnstaqram səhifəndə rəy bölməsini bağlayıb. Sənətçi izləyicilərinə müraciət edərək təhqir və tənqidlərdən bezdiyini bildirib.

Daha sonra Sıla, Barış Arduç, Elçin Sangu kimi tanınmışlar sözügedən funksiyadan istifadə edib.
Röya şərh bölməsini niyə bağladı? - FOTO