Müsavat Partiyasının Divan üzvü Osman Kazımov çıxışında aprel şəhidlərinə sayğısızlıq nümayiş etdirib. O, Azərbaycan ordusunun aprel əməliyyatlarında qazandığı böyük uğuru `kiçik bir hadisə` kimi təqdim edib.

Müsavat üzvünün ordumuzun illər sonra qazandığı aprel qələbəsini `kiçik, şişirdilmiş hadisə` kimi qələmə verməsi vətən uğrunda şəhid olan əsgərlərimizin, zabitlərimizin ruhuna böyük hörmətsizlikdir, sayğısızlıqdır.

***

Mitinqin başlamasından hələ yarım saat keçməyib, insanlar kütləvi şəkildə "Məhsul stadionunu tərk edirlər.

Çıxışlar mitinqin mövzusundan kənar məsələlər ətrafında qurulub.

***

Müsavatın mitinqi təyin olunan vaxtdan gec başlayıb.

Mitinqdə çox az sayda insan iştirak edir.

**
Müsavat partiyasının bu günə təyin etdiyi mitinq başlayır.

Unikal.org AzVision.az-a istinadən xəbər verir ki, mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılığı ilə "Məhsul stadionunda keçirilir.

Mitinqin keçirildiyi əraziyə çox az sayda insan gəlib.

Milli Şura tərəfdarları, eləcə də digər müxalifət partiyalarının təmsilçiləri mitinqdə iştirak etmirlər.