ABŞ-lı model və aktrisa Lindsi Lohan dünən İstanbula gedib.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddət əvvəl alkoqol asılılığından əziyyət çəkən və qalmaqallı həyat tərzi ilə gündəmə gələn Lindsi Lohan bundan sonra tez-tez İstanbulun qonağı olacaq. O, Türkiyədə tanınmış bir şirkətlə müqavilə bağlayaraq 2 milyon dollar qazanıb.

İlk olaraq Atatürk Hava Limanında görüntülənən aktrisa yanındakı dostuyla mübahisə edərək əsəbindən ağlamaya başlayıb. Fotoları çəkilincə üzünü gizlədən Lohan xüsusi avtomobillə otelə yollanıb.