"Bir dəfə klip çəkilişi zamanı ssenariyə görə qayığa minib gölün üzərində mahnı oxumalı idim": Unikal.org xəbər verir ki, bu sözləri müğənni Könül Kərimova klip çəkilişi zamanı ölümlə üzləşməsi haqda "10-dan sonra verilişində danışarkən deyib.

O, çox qorxduğunu bildirib:"Göl çox dərin idi deyə, qorxurdum. Qayıq aşsaydı, yüz faiz öləcəkdim. Dedim, yox ey, nə olsa da, qayığa minməyəcəyəm. Axırda məcbur olub qayığı idarə etmək üçün başqa adam da mindirdilər. Ondan sonra razılaşdım, klip çəkildi.