Müğənni bəxtəvər gününü yaşayır.

Unikal.org-un primetime.az-a istinadən məlumatına görə, ötən gün, Azərbaycanı "Eurovision 2009"da təmsil etməsi ilə məşhurlaşan Aysel Teymurzadə üçüncü dəfə ana olub. Karyerasında fasilə verən sənətçi, Bakıdakı özəl xəstəxanaların birində ikinci oğlunu təbii yolla dünyaya gətirib. Qeyd edək ki, Aysel Teymurzadə Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə ilə ailəlidir. Onların bir oğlu və qızı var.