İspanyanın paytaxtı Madriddə hər kəsin təəccübünə səbəb olan oğurluq hadisəsi baş verib.

Unikal.org  xarici mətbuata istinadən xəbər verir ki, şəhərin 4 rayonunda, bankomatlar bomba ilə partladılaraq təxminən 140 min avro pul oğurlanıb. Madrid polisindən əldə edilən məlumata görə, həftə sonu paytaxtın Villalba, Majadaxonda, Alakorkon və Alcobendas rayonlarındakı bəzi bankomatlarda da oğurluq baş verib. 

Şəhər mərkəzindən xeyli kənarda yerləşən bankomatları seçən oğru qrupları, cümə axşamı bankalr tərəfindən pul yüklənildikdən sonra, şənbə səhəri bankomatları bomba ilə partladaraq pulları ələ keçiriblər.