Bu gün Xocalının işğalından 24 il ötür. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhəri işğal edildi. Həmin gecə yüzlərlə azərbaycanlı şəhid oldu.
Unikal.org xəbər verir ki, bu faciəyə hər kəs kimi əməkdar artist Röya Ayxan da biganə qalmır. Müğənni Xocalı faciəsində həlak olanların xatirəsinə ucaldılan "Ana fəryadı" abidəsini ziyarət edib. "Bu haqda danışanda damarlarımda qanım donur. Xocalı facəisini izah etmək üçün heç bir söz tapa bilmirəm. Mən əslən Qarabağlıyam və torpaq itkisinin nə olduğunu yaxşı bilirəm. Allah günahsız yerə həlak olanlara rəhmət etsin"- deyə PrimeTime.Az-a danışan Röya kədərini belə ifadə etdi.