"Azərbaycan ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin yüksək səviyyədədir".

Unikal.org xəbər verir ki, bunu İham Əliyev oktyabrın 18-də İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib. 

Son illər prezidentlər səviyyəsində keçirilən çoxsaylı görüşlərin əhəmiyyətini qeyd edən dövlət başçısı hər iki tərəfin əlaqələrimizin inkişafı üçün səylərini əsirgəmədiyini dedi. 

İran Prezidenti Həsən Ruhaninin avqust ayında ölkəmizə uğurlu səfərinə toxunan Prezident İlham Əliyev səfər zamanı ikitərəfli və üçtərəfli məsələlərin müzakirə edildiyini vurğulayaraq bildirdi ki, məqsədimiz Azərbaycan-İran əlaqələrini bundan sonra da uğurla inkişaf etdirmək və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaqdır. 

Qarşılıqlı təmasların davamlı olmasının önəmini qeyd edən Prezident İlham Əliyev İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxşin Azərbaycana böyük nümayəndə heyəti ilə səfərinin regionlararası və ölkələrarası münasibətlərin daha da möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını dedi.