Bakıda yaşayış evinə basqın olub.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, hadisə ötən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1944-cü il təvəllüdlü Hətəm Namazovun yaşadığı evə daxil olan maskalı şəxs onu döyərək pul tələb edib. Ev sahibinin səs-küy saldığını görən maskalı şəxs qaçıb.

Baş vermiş hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırmalar başlanıb.