Türkiyədə FETO əməliyyatları zamanı işdən çıxarılan və nəzarətdə saxlanılan polis məmuru 42 yaşındakı Haqqı Topal intihar edib.

Unikal.org türkiyə istinadən xəbər verir ki, hadisə, dünən gecə baş verib. FETO əməliyyatları çərçivəsində nəzarətə alınan Çorum İl Təhlükəsizlik Müdirliyində çalışmış vəzifəli polis məmuru olan 2 uşaq atası Haqqı Topal, iddiaya görə özünə aid 45 AY 663 nömrəli avtomobili ilə Seydim Göleti yaxınındakı meşəyə gedib. 

19 illik polis məmuru vəzifəsində çalışmış Topal, meşədə özünü ağacdan iplə asaraq həyatına son verib. 

Özünü asan polisin həyat yoldaşı 42 yaşındakı Çiğdem Topal ərinə telfonla zəng edib və götürmədiyini görcək polisə zəng edib. Polis orqanlarının etdiyi araşdırmada Topalın meşədə özünü asdığını görüblər. 
Aparılan axtarışlar nəticəsində polis məmuru Haqqı Topalın cəsədi ağacda asılı halda tapıldı.

Respublika prokuroru hadisə ilə əlaqədar istintaq aparır.

Haqqı Topalın ölüm xəbərini alan həyat yoldaşı Çiğdem Topal, uşaqları 16 yaşındakı Mert Topal və 12 yaşındakı Melek Sude Topal, gözyaşlarına hakim ola bilməyiblər.

Melek Sude Topal, "Mən atamı istəyirəm. Mənə atamı geri verin, mənim atam günahsızdır" deyərək gözyaşı töküb.

Həyat yoldaşı Çiğdem Topal isə, "yoldaşımın heç bir günahı yox idi" deyərək, huşunu itirib.